BAKI, 12 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Kremldə tacikistanlı həmkarı Emoməli Rəhmonla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Görüş zamanı Vladimir Putin həmkarına rus dilinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib.

Qeyd edək ki, Emoməli Rəhmon KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib.