BAKI, 12 noyabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında keçirilən sülh danışıqlarını alqışlayır”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

Avropa İttifaqının icraedici orqanının rəhbərinin sözlərinə görə, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir:

“Əbu-Dabidə keçirilən sülh danışıqlarını alqışlayırıq. Avropalıların orada həm maraqlarımızı qorumaq, həm də Prezident Zelenskinin xahişi əsasında təmsil olunması müsbət haldır. O, danışıqlarda avropalıların ona dəstək verməsini istəyib.

Ukraynanı istər sülh, istərsə də müharibədə dəstəkləyəcəyik. Bu kontekstdə 22-ci sanksiyalar paketini hazırladığımızı da qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa Komissiyası Ukraynanın 2027-ci ildəki maliyyə ehtiyaclarının necə qarşılanacağına dair təklif hazırlayır”.