BAKI, 29 iyun. TELEQRAF

ABŞ-İran nüvə danışıqları yaxın günlərdə baş tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” xəbər yayıb.

Məlumata görə, ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə İran təmsilçisi ilə danışıqlar aparacaq.

Xəbərdə bildirilir ki, Uitkoff İran tərəfinə Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsindən imtina etməyi təklif edəcək.