BAKI, 22 iyun. TELEQRAF
ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma aşkar edilməyib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Atom Enerjisi İdarəsi məlumat yayıb.
Yayılan məlumatda bildirilir: "Hücuma məruz qalan obyektlərin ərazisində radioaktiv maddələrin mümkün sızması üçün dərhal lazımi yoxlamaları həyata keçirdik. Əhali üçün heç bir təhlükə yoxdur".