BAKI, 22 iyun. TELEQRAF

“Amerika silahlı qüvvələri İranın uranın zənginləşdirilməsi obyektlərini tamamilə məhv edib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İslam Respublikasına zərbələrlə bağlı televiziya ilə müraciəti zamanı deyib.

Amerika lideri deyib: "Mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğur olub. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib".