BAKI, 15 may. TELEQRAF
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razı olarsa, rəsmi Tehran uranın zənginləşdirmə səviyyəsini məhdudlaşdırmağa və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazır olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "NBC" telekanalı İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şamxaniyə istinadən məlumat yayıb.
Bundan başqa, İranın beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa və uranı yalnız mülki məqsədlər üçün zənginləşdirməyə razı olacağı bildirilir.