BAKI, 29 aprel. TELEQRAF
Çin ABŞ-dən aldığı bir məhsula qarşı tətbiq etdiyi 125 faizlik gömrük rüsumunu ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Agentliyi məlumat yayıb.
Mənbənin yazdığına görə, söhbət neft-kimya istehsalında istifadə edilən şist qazının hasilatının əlavə məhsulu olan etandan gedir.
Agentlik yazır ki, sözügedən addım bu məhsuldan istifadə edən Çin şirkətlərinə təzyiqi azaldacaq.
Qeyd edək ki, ABŞ lideri Donald Tramp Çin mallarına qarşı 145 faizlik gömrük rüsumu tətbiq etmişdi.