BAKI, 22 aprel. TELEQRAF
İsveçrə hakimiyyəti Rusiyanın 8 media qurumunu sanksiya siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəsmi saytında yerləşdirilmiş sənəddə bildirilib.
Məlumata görə, sanksiyaya məruz qalan media orqanları sırasında “Lenta.ru” xəbər portalı, “Zvezda” telekanalı və “Krasnaya Zvezda” qəzeti də yer alır.
Bundan əlavə, “News Front” informasiya agentliyi də sanksiya siyahısına əlavə olunub.