BAKI, 13 aprel. TELEQRAF.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyadan Ukraynadakı münaqişəni dərhal dayandırmağı tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Siyasətçi Sumıya edilən hücumdan hiddətləndiyini bildirib. Eyni zamanda o, Ukrayna lideri Volodimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi qənaətində olduğunu bildirib.

O yazıb: "Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır”.

Qeyd edək ki, artıq bir çox Avropa ölkələrinin rəhbərləri Rusiyanın Sumıya hücumunu kəskin şəkildə pisləyiblər.

Bu gün Rusiyanın ballistik raket zərbəsi nəticəsində Sumıda həlak olanların sayı 31 nəfərə çatıb. Onların arasında iki uşaq da var.