
BAKI, 14 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) insan hüquqları pozuntuları və etirazçılara qarşı təqiblər səbəbindən yeddi iranlı hakim və penitensiar sistemin üzvlərinə, həmçinin iki təşkilata sanksiya tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurası qərarı qəbul edib.
Sanksiyaya məruz qalan təşkilatlardan biri, İranın cənubundakı Şiraz şəhərindəki həbsxanadır. Bu təşkilatlar və digər sanksiyaya düşən hüquqi şəxslərlə Avropa biznesinə əlaqə qurmaq, xüsusilə investisiya məqsədilə əlaqə saxlamaq qadağandır. Həmçinin, bu həbsxanaların Avropa banklarında olan vəsaitləri dərhal dondurulacaq. Siyahıya salınan şəxslərin Avropaya daxil olması da qadağan edilib.