BAKI, 15 aprel. TELEQRAF

Rusiya Ukraynada dövlətə xəyanətdə ittiham olunan pilot Aleksey Zubritskini kosmosa göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, pilot Ukraynanın Zaporojye vilayətində anadan olub.

2014-cü ildə Krımın ilhaqına qədər Zubritski aviasiya bölməsində pilot kimi çalışıb. Müharibə başladıqdan sonra Rusiya tərəfindən işğal olunmuş ərazilərdə qalıb və geri qayıtmayıb.

2025-ci il martın 11-də Vinnitsa Şəhər Məhkəməsi onu dövlətə xəyanətdə təqsirli bilib və qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq məlumatına görə, təqsirləndirilən şəxs işğalın başlanmasından sonrakı dövr də daxil olmaqla, on ildən artıq Rusiya silahlı qüvvələrində xidmət edib.