
BAKI, 15 aprel. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin Beykoz bələdiyyəsinin sədr müavini Fidan Gül “tenderi saxtalaşdırmaq” və “cinayət törətmək məqsədilə dəstə qurmaq və üzv olmaq” ittihamları ilə açılan cinayət işi çərçivəsində saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Beykoz bələdiyyə sədri Alattin Köselerin də aralarında olduğu 12 şübhəlinin həbs olunduğu cinayət işi ilə bağlı Beykoz Prokurorluğu tərəfindən istintaqın davam etdiyi bildirilir.
Xatırladaq ki, mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində bu qurumun rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla, 99 nəfər barəsində həbs qərarı verilmişdi.