
BAKI, 15 aprel. TELEQRAF
Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7 171,8 milyon kilovat-saat, ixracı 385 milyon kilovat-saat, idxalı isə 35,7 milyon kilovat-saat olub.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 243,9 milyon kilovat-saat artımla 853,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.