
BAKI, 14 aprel. TELEQRAF
Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır və bu sahədə addımlar atmağa açıqdı.
Teleqraf xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya XİN başçısının müavini Mixail Qaluzinin Rusiyanın Gürcüstanla diplomatik əlaqələri bərpa etməyə hazır olması barədə bəyanatını şərh edərkən deyib.
“Gürcüstanla münasibətlərin normallaşdırılması üçün konkret vaxt müəyyən edilməyib, amma Rusiya bu istiqamətdə addımlar atmağa hazırdır”,- o qeyd edib.