BAKI, 15 aprel. TELEQRAF

Azərbaycan Dəmir Yolları" (ADY) Bakı və regionlarda müşahidə olunan küləkli-yağışlı hava şəraitinə görə, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi dəmiryolu marşrutlarında qatarların sürət həddini endirib.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Qurumdan bildirilib ki, Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutlarında qatarların hərəkət qrafikində qismən dəyişikliklər ola bilər.

"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə edərkən yüksək sayıqlıq göstərmək və ehtiyatlı olmaq tövsiyə olunur. Sərnişinlərdən, xüsusilə stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş edilir", - məlumatda deyilir.