BAKI, 11 aprel. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat yayıb.
“Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Antalya Diplomatik Konfransında iştirak etmək üçün Türkiyəyə gəlib" -Zaxarova bildirib.