BAKI, 11 aprel. TELEQRAF
Dövlət Departamenti İstanbulda keçirilən ABŞ-Rusiya görüşünün sırf diplomatik missiyaların fəaliyyətlərinin qurulmasına həsr olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsindən söhbət getmədiyi qeyd olunub.
Görüş Rusiyanın İstanbuldakı Baş Konsulluğunun binasında baş tutub və nahar fasiləsi də daxil olmaqla, təxminən 6 saat davam edib.
Rusiya tərəfinə ABŞ-dəki səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edib. Danışıqlarda hər iki ölkənin xarici işlər orqanlarının əməkdaşları iştirak ediblər.