
BAKI, 30 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ilhaqına dair təşəbbüsünün uğurlu olacağına 100 faiz əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "NBC" telekanalına müsahibəsində danışıb.
O deyib: "Biz Qrenlandiyanı alacağıq. Bəli, 100 faiz, alacağıq".
Ağ Evin rəhbəri əlavə edib ki, "bunu hərbi güc tətbiq etmədən edə bilməyimiz üçün yaxşı şans var", lakin heç nə istisna deyil.