BAKI, 22 mart. TELEQRAF

Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaq üçün üçüncü tərəfin zəmanətinə ehtiyacı yoxdur.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“2022-ci ilin sentyabrında baş verən hadisədən sonra biz hələ də qarant institutunu ciddi qəbul etməliyik? Mən deyirəm ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısı Ermənistanın özüdür", - o vurğulayıb.

Paşinyan jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Ermənistan xarici köməksiz də qonşuları arasında yaşaya bilər.