BAKI, 14 may. TELEQRAF
2026-cı ilin birinci rübü ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 359 olub.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğınlara dair statistik məlumatında qeyd olunub.
Yanğın hadisələri zamanı 13 nəfər həlak olub, 42 nəfər xəsarət alıb. Bu da 2025-ci ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 19%, xəsarət alanlar üzrə 12 nəfər və ya 22% azdır.