BAKI, 14 may. TELEQRAF

Azərbaycanda peşə təhsili sisteminin inkişafı ilə bağlı yeni tədbirlər planı təsdiqlənib.

Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.

Sənəd “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2025-ci il 5 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul olunub.