BAKI, 14 may. TELEQRAF

Mərkəzi Bank bank olmayan kredit təşkilatlarına nəzarət tədbirlərini davam etdirir.

Teleqraf xəbər verir ki, tənzimləyici “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 25.1.1-ci maddəsinə müvafiq olaraq, “E-Kredit Bank olmayan kredit təşkilatı”nın lisenziyasını ləğv edib.

Bu qərar təşkilatın könüllü müraciəti əsasında verilib.