
BAKI, 20 mart. TELEQRAF
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın silahlandırılması ilə bağlı Avropa ölkələrinə çağırış edib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə “Politico” qəzetinə verdiyi müsahibə zamanı danışıb.
"Əsas məqsəd Ukraynanı "dişinə qədər" silahlandırmaq olmalıdır", - prezident vurğulayıb.
Aİ-yə üzv ölkələrin liderləri 21 martda Avropa Komissiyasının təqdim etdiyi Avropa müdafiə strategiyasının müzakirəsinə hazırlaşır. 2030-cu ilə qədər Avropanın hərbi potensialını artırmağa yönəlmiş "Ağ kitab" strategiyasına xüsusi diqqət yetirilməsi gözlənilir. Bu strategiya həm də Ukraynanın silahlanması ilə bağlı uzunmüddətli planı ehtiva edir.
Avropa Komissiyasının məlumatına görə, bu "müdafiə paketi" blok ölkələrinə silah istehsalı və hərbi güclərini artırmaq üçün maliyyə dəstəyini təmin edəcək.