BAKI, 15 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler istefa verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən Axios portalı məlumat yayıb.

İstefa qərarının Vaşinqton administrasiyasının Belerə daha geniş səlahiyyətlər vermək istəyi ilə bağlı olduğu ehtimal edilir.