Azərbaycanın sədrliyi ilə keçirilən COP29-da qəbul olunan qərarlar dünyaya iqlim böhranı ilə mübarizədə çox dəyərli ümidlər verib.

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COP 29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” panel müzakirələrində Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi Rəşid Əlimov bildirib.

Onun sözlərinə görə, dünya iqlimlə birgə çox sürətlə dəyişir və iqlim dəyişikliyinin tezliyi təbii fəlakətlərlə nəticələnir.

“Hər il Mərkəzi Asiya ölkələri kəskin təbii fəlakətlərlə üzləşir. Belə hallar artdıqca, ölkələrin büdcələrində boşluqlar yaranır. Nəticədə beynəlxalq donorlara ehtiyac yaranır. İqlim dəyişikliyi ilə mübarizədə Tacikistan bərpaolununan enerji mənbələrindən istifadəyə keçməkdə qərarlıdır. 2032-ci ilədək ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda ölkənin enerji ehtiyatının 92 faizi SES-lər hesabına əldə olunur. Dağların və buzlaqların çoxluğu təşkil etməsinə baxmayaraq, getdikcə təhlükəli tendensiya yaranır, buzlaqlar əriməyə başlayır. Bu cür hadisələrin qarşısını almaq üçün bir sıra tədbirlər görürük. Bu məqsədlə Tacikistanın paytaxtı Düşənbədə mühüm konfrans təşkil olunacaq və buzlaqların qorunması əsas müzakirə mövzusu olacaq. Bu, COP 29-un Tacikistana dəyərli töhfəsi olacaq.” - Rəşid Əlimov qeyd edib