
BAKI, 14 mart. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan və İtaliyanın biznes tərəfdaşlığı, ölkələrimizi təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.