
ŞƏMKİR, 14 mart. TELEQRAF
Şəmkir rayonunda ov zamanı baş verən ehtiyatsızlıq ciddi xəsarətlə nəticələnib. Rayonun Səməd Vurğun qəsəbə sakini, 55 yaşlı Elşən Mayılov ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Teleqraf-ın yerli bürosunun əldə etdiyi məlumata görə, E. Mayılov ov həvəskarı olub və hadisə baş verən zaman da ova çıxıbmış.
Hadisə Kür çayı ətrafındakı boş ərazilərdə qeydə alınıb. Ehtimallara görə, vətəndaş dovşan ovladığı zaman naməlum bir maneyəyə ilişərək yıxılıb. Nəticədə tüfəng açılıb və güllə onun diz nahiyəsinə dəyib.
Yaralı dərhal Gəncə şəhərindəki tibb müəssisələrindən birinə çatdırılıb, hazırda müalicəsi davam edir.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.
***
18:47
ŞƏMKİR, 14 mart. TELEQRAF
Şəmkir sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində baş verib.
Qəsəbə sakini 1970 ci il təvəllüdlü E.M ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.