
BAKI, 14 mart. TELEQRAF
Martın 1-dən etibarən Ermənistan tamamilə müstəqil şəkildə sərhəd keçidlərinə nəzarəti həyata keçirir və bu məsələdə Rusiyaya uzun illər ərzindəki dəstəyinə görə təşəkkür edir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Martın 1-dən etibarən Ermənistan sərhədlərindəki bütün sərhəd-keçid məntəqələrində xidmət Ermənistanın sərhədçiləri tərəfindən həyata keçirilir",- o qeyd edib.