
YEVLAX, 14 mart. TELEQRAF
Yevlaxda iki yük maşını toqquşub.
Teleqraf-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Aran qəsəbəsi yaxınlığından keçən magistral yolda baş verib.
Kamaz markalı iki yük maşınının toqquşması nəticəsində sürücülərdən biri Etibar Həsənov yaralanıb.
Faktla bağlı araşdırma aparılır.