TBİLİSİ, 14 mart. TELEQRAF

"Azərbaycanlılar Gürcüstanda tarixən yaşayıblar. Gürcüstanın ağır dönəmlərində, Abxaziya müharibəsində azərbaycanlılar gürcülərlə çiyin-çiyinə mübarizə aparıblar".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Ombudsmanı Levan İoseliani Tbilisidə Novruz bayramına həsr olunan tədbirdə çıxışında deyib.

O, çoxmillətliliyi Gürcüstanın gücü adlandırıb.

"Gürcüstan dövlətinin formalaşmasında azərbaycanlı vətəndşlarımızın rolu böyükdür. Biz azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesinin daha da sürətlənməsində maraqlıyıq", - ombudsman söyləyib.