
GORANBOY, 14 mart. TELEQRAF
Goranboyda məktəbli qızı qaçıran şəxs saxlanılıb.
Bu barədə Teleqraf-ın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Onun sözlərinə görə, faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.