
BAKI, 14 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinə Ukraynadan zəng ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Olqa Skabeevaya müsahibəsində deyib.
O qeyd edib ki, bu hələ ictimaiyyətə açıqlanmayan məlumatdır.
Belarus prezidenti söhbətin konkret təfərrüatları barədə danışmaqdan imtina edib.
Lukaşenko deyib ki, lazım gələrsə, Putin ünsiyyətin təfərrüatlarını açıqlayacaq.