BAKI, 14 mart. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte təsdiqləyib ki, Ukraynanın alyansa qoşulması məsələsi artıq gündəmdə deyil.

Teleleqraf xəbər verir ki, baş katib bu barədə "Bloomberg TV"-yə müsahibəsində bildirib.

Müsahibədə ABŞ Prezidenti Donald Trampın “Ukraynanın NATO-ya daxil olması məsələsinin müzakirə masasından çıxarılıb-çıxarılmadığı” sualına Rutte “bəli” cavabını verib.

Bundan sonra o, dərhal Kiyev rejiminin hərbi potensialını maksimum dərəcədə artırmaq zərurətinin olduğunu da qeyd edib.