
BAKI, 14 mart. TELEQRAF
Moskva və Karakas enerji bazarını sabitləşdirmək üçün OPEC+ formatında daha fəal işləmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya və Venesuela: illər və məsafələr boyu dostluq və tərəfdaşlıq" adlı məqaləsində deyilir.
"Biz OPEC+ formatı və Qaz İxrac Edən Ölkələr Forumu da daxil olmaqla qlobal enerji bazarının sabitləşdirilməsi üçün əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir”, - deyə Lavrov yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya tərəfi Venesuelanın qlobal Cənub və Şərq ölkələrinin maraqlarının dirijoru olan, çoxqütblü dünya nizamının dayaq sütunlarından biri olan BRİKS ilə əməkdaşlığını dərinləşdirməklə bağlı marağını yüksək qiymətləndirir.