BAKI, 14 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya səfəri yekunlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfərin əsas məqsədi Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasını müzakirə etmək və Vaşinqtonla münasibətlərin normallaşmasını təmin etmək idi.

Qeyd edək ki, Stiven Uitkoff martin 13-də Moskvaya səfər etmişdi.