BAKI, 14 mart. TELEQRAF

Rusiya həmişə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin martın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı bildirib.

O deyib ki, Bakı və İrəvan hər zaman münasibətlərin normallaşmasında Rusiyanın dəstəyinə güvənə bilərlər.