
BAKI, 14 mart. TELEQRAF
Rusiya Ukraynada atəşkəs təklifini heç bir şərt olmadan qəbul etməlidir.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kanadada keçirilən G7 sammitində deyib.
“Düşünürəm ki, indi qeyd-şərtsiz atəşkəs zamanı birlik var. Ukrayna öz mövqeyini açıqlayıb. İndi Rusiya bunu qəbul etməlidir”, - deyə nazir söyləyib.
Lemmi deyib ki, G7 müttəfiqləri Rusiya Prezidenti Vladimir Putinə oyun qaydalarını dəyişməyə icazə verilməməsi mövzusunda həmrəydirlər.