BAKI, 14 mart. TELEQRAF

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində olan "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti şəhərin bulvarının cari təmiri ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki. tenderin ehtimal olunan qiyməti 246.009 manatdır.

Tenderdə iştirak haqqı isə 350 AZN-dir.

Təkliflərin son təqdimolunma tarixi aprelin 17-dir. Zərflər də həmin gün açılacaq.

Qeyd edək ki, sonuncu dəfə bulvar "Fateh Construction" şirkəti tərəfindən 114 min 596 manata təmir edilib.