BAKI, 7 mart. TELEQRAF

Dünyada təhlükəsizliklə bağlı vəziyyətin dəyişməsi Almaniyanın nüvə silahına ehtiyacını artırıb.

Teleqraf xəbər verir ki, bu barədə "t-online" portalına "Almaniya üçün Alternativ" sağçı partiyasının nümayəndəsi, Bundestaqın Müdafiə Komitəsinin üzvü Rüdiger Lukassen məlumat verib.

Deputat bildirib: “Buna nail olmaq üçün ən qısa zamanda Əsas Qanuna dəyişiklik etmək lazımdır”.

Lukassenin fikrincə, “ABŞ-nin nüvə çətiri” olmadığı halda belə bir zərurət yaranır, çünki Böyük Britaniya və Fransanın nüvə silahları Avropanı qorumaq üçün kifayət etməyəcək.