
BAKI, 16 fevral. TELEQRAF
İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" şirkəti "Grok 3" çatbotunu bazar ertəsi təqdim edəcək.
Teleqraf bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Çatbot yerli vaxtla axşam saat 8-də canlı yayımda təqdim olunacaq.
Mask "Grok 3"ü dünyadakı ən ağıllı süni intellekt adlandırıb. O, cümə axşamı Dubayda keçirilən sammitdə "Grok 3" barədə danışaraq, bu modelin bazardakı digər rəqiblərini geridə qoyacağını bildirib.
"Grok 3 sintetik məlumatlar üzərində hazırlanıb və səhvlərini təhlil edərək daha məntiqi və dəqiq nəticələr çıxarmağa qadirdir", - Mask deyib.