
BAKI, 15 fevral. TELEQRAF
Türkiyə hakimiyyəti “Abxaziya Respublikası”nda (Gürcüstanın işğal edilmiş bölgəsi – red.) qondarma prezident seçkiləri üçün ölkə ərazilərində seçki məntəqələrinin açılmasına mane olub.
Teleqraf xəbər verir ki, bu barədə separatçı qurumun başçısı Sergey Şamba məlumat verib.
“Mərkəzi Seçki Komissiyası Abxaziyadan kənarda, Rusiya və Türkiyədə iki yerdə seçkilərin keçirilməsinə icazə vermişdi. Ancaq Türkiyə hakimiyyəti ötən dəfə olduğu kimi, ölkədə seçkilərin keçirilməsinə mane oldu”, - Şamba deyib.
Xatırladaq ki, bu gün Abxaziyada “növbədənkənar prezident seçkiləri” keçirilir.