
BAKI, 15 fevral. TELEQRAF
Malidə ali təhsil naiziri Bourema Kansayenin olduğu kortejə silahlı hücum olub.
Teleqraf AFP-yə istinadən xəbər verir ki, hadisə zamanı 4 polis işçisi xəsarət alıb.
Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı terrorçularla polis arasında güclü atışma olub. Nazirin hücumdan xəsarət almadığı qeyd olunur.
Hökumat hadisənin “Əl-Qaidə” və ya İŞİD-ə bağlı terror qruplaşmalarının törətdiyini iddia edir.