BAKI, 15 fevral. TELEQRAF

Ağ Evin Aparat rəhbərinin müavini Teylor Budoviç "Associated Press" jurnalistlərinin Ağ Evin müəyyən ərazilərinə girişinin məhdudlaşdırılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, buna səbəb agentliyin Trampın son göstərişlərinə uyğun olaraq “Meksika körfəzi” əvəzinə “Amerika körfəzi” ifadəsindən istifadə etmələri olub.

Budoviç bildirib ki, AP-nin coğrafi ad dəyişikliyinə məhəl qoymaması dezinformasiya yaymaq kimi qiymətləndirilir.

Məhdudiyyətlər yalnız Ağ Evin müəyyən ərazilərinə aiddir və jurnalistlərin binanın digər hissələrinə girişinə əngəl yoxdur.

Adminstrasiyanın bu qərarı qızğın müzakirələrə səbəb olub.