
BAKI, 14 fevral. TELEQRAF
Azərbaycan aviaşirkəti AZAL-ın təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itirdilər, bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq", - diplomat deyib.
Zaxarova əlavə edib: “Ölkələrimiz arasındakı əməkdaşlıq səviyyəsi və xalqlarımızın müdrikliyi bu çətinliyi də aşmağa imkan verəcək”.