BAKI, 14 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Amerika məhsullarına tariflər tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab tarifləri tətbiq edən sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni tariflər polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq.

"Rüsumlar illər əvvəl tətbiq edilməli idi. Əgər siz öz məhsullarınızı ABŞ-də istehsal etsəniz, heç bir rüsum olmayacaq", - Tramp deyib.

Fevralın 9-da Amerika lideri jurnalistlərə bildirib ki, Vaşinqton bütün ölkələrlə ticarətdə “qarşılıqlıq prinsipinə” əməl edəcək.