BAKI, 18 fevral. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, artıq bir oyun başa çatıb. “Milan” öz meydanında Niderland “Feyenoord”unun müqavimətini qıra bilməyib – 1:1. İki oyunun nəticəsinə görə İtaliya klubu mübarizəni dayandırıb.

“Milan” oyunun xeyli hissəsini azlıqda keçirib. 51-ci dəqiqədə Teo Hernandes qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, bu gün daha 3 oyun olacaq. Almaniya “Bavariya”sı evdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək. Portuqaliya “Benfika”sı Fransa “Monako”sunu, İtaliyanın “Atalanta”a klubu isə Belçika “Brügge”sini qonaq edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

"Milan" (İtaliya) – "Feyenoord" (Niderland) – 1:1

(İlk oyun - 0:1)