
BAKI, 18 fevral. TELEQRAF
ABŞ və Rusiya Ukrayna böhranının həllindən sonra geosiyasi məsələlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti iki ölkənin nümayəndələri arasında Səudiyyə Ərəbistanında keçirilən görüşdən sonra məlumat yayıb.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ nümayəndələri arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.