TBİLİSİ, 18 fevral. TELEQRAF

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Türkiyəyə səfəri planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə XİN başçısıın Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orba ilə keçirdiyi görüşdə bildirilib.

Tərəflər səfəri həm iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərini, həm də regionda inkişaf edən prosesləri müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndiriblər.

Görüşdə Gürcüstan və Türkiyə arasında müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib, strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib. Yüksək səviyyəli səfərlərin və görüşlərin müsbət dinamikası da vurğulanıb.