
GƏDƏBƏY, 18 fevral. TELEQRAF
Gədəbəy rayonunda çörək sexlərinin birində üç nəfər dəm qazından zəhərlənib.
Teleqraf xəbər verir ki, zərərçəkənlər 1976 -cı il təvəllüdlü Xatirə Həsənova, 1971-ci il təvəllüdlü Pəri Sadıqova və 1986-cı il təvəllüdlü Sevinc Hüseynova zəhərlənmə diaqnozu ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.