
BAKI, 19 fevral. TELEQRAF
Fransada idman yarışlarında hicab geymək qadağan olunub.
Teleqraf xəbər verir ki, qanun layihəsi Fransa parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənib.
Senatda qanun layihəsi 210 lehinə, 81 əleyhinə səslə qəbul olunub.
38 senator səsvermədə bitərəf qalıb, 19 nəfər isə səsvermədə iştirak etməyib.
Müzakirələr zamanı bəzi senatorlar arasında fikir ayrılığı və mübahisələr yaşanıb.